Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə cavab verib.
Publika.az xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında sərt açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir:
"Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın yerə girin. Ağıllı olun. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam: Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, Fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikllar bəstələyirəm. Geyinib-kecinirəm. Siz aylarla üzsünüzü belə yumursunuz. Tofiq Quliyevə Kuliyev, Qara Qarayeva Karayev deyirsiniz".