ain.az, Operativ MM portalına istinadən məlumat verir.
Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Rəşad Mahmudov tibb fakültəsini bitirən həkimlərin hərbi xidmətlə bağlı yeni qanun layihəsinin əhəmiyyətini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, həkimlərin uzun illər ərzində hazırlanması nəzərə alınaraq, onların hərbi xidmətinin ixtisaslarına uyğun, qısa müddətli və maaşlı şəkildə təşkili beynəlxalq təcrübəyə uyğun olacaq.
Rəşad Mahmudov qeyd edib ki, bu yanaşma həm səhiyyə sisteminin davamlılığını təmin edəcək, həm də yüksək ixtisaslı kadrlara dövlət tərəfindən itki verilməsinin qarşısını alacaq.
Deputat qanun layihəsinin həm milli təhlükəsizlik, həm də müasir idarəçilik prinsiplərinə cavab verdiyini vurğulayıb.
Afər ZİYADQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.