Lvovda Ukrayna əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda yer limiti tamamilə tükənib, şəhər hakimiyyəti tərəfindən hazırlanan yeni ərazi isə yalnız məhdud sayda məzar üçün nəzərdə tutulub.
Herbiand.az xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti bildirib.
Nəşrin məlumatına görə, təxminən dörd illik silahlı münaqişədən sonra qəbiristanlığın boş yerləri dekabrın 10-da tükənib. Nəticədə, bələdiyyə təcili olaraq şəhər hüdudlarında əlavə yer axtarmağa məcbur olub. Artıq dekabrın 11-də yeni ərazidə ilk dəfn mərasimi baş tutub. Burada təxminən 500 məzarın yerləşdirilməsi planlaşdırılır.
Lakin şəhər administrasiyasının rəsmiləri etiraf edirlər ki, hətta bu yer də kifayət etməyə bilər.
Bəxtiyar CƏFƏRLİ