AZ

Çarli Çaplinin nəvəsi etirafı ilə təəccübləndirdi

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çarli Çaplinin nəvəsi Una Çaplin etirafı ilə hamını təəccübləndirib.

BAKU.WS xəbər verir ki, o soyadını dəyişdirmək istədiyini deyib.

Una bunu babası ilə artıq heç bir bağının qalmaması üçün etmək istəyir.

O aktrisalıq karyerasının hələ başlanğıcındadır. Bu səbəbdən sənətdə babasının soyadı ilə yox, öz zəhməti ilə yüksəlmək istəyir.

Una, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb.

39 yaşlı qadın bu etirafına görə əzab çəkdiyini bildirib.

O eyni zamanda müsahibəsində babasına minnətdarlıq hissini də ifadə edib.

"Əgər bu gözəl insanla əlaqəm olmasaydı, mənim üçün açılmayan qapılar elə bağlı olaraq da qalardı. Amma olduğun yerə layiq olmadığını hiss etmək, şübhəsiz ki, çətindir", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
1
baku.ws

2Mənbələr