AZ

Pulu dollarda olanların nəzərinə İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR

ain.az, Marja.az saytına istinadən bildirir.

23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Marja.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcəkdir.

AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001009268

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 300 000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ Dolları

İstiqrazların buraxılış həcmi: 30 000 000 ABŞ Dolları

İllik gəlirlilik faizi: 7%

Ödəmə Periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 30.12.2025

Anderrayter:  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
marja.az

2Mənbələr