AZ

FHN rəsmisi: Yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində Bakı şəhərinin Səbail və Nizami rayonları da daxil olmaqla, ölkənin bir sıra şəhər və rayonlarında yanğın-texniki müayinələr keçirib. Aparılan müayinələr nəticəsində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, aşkarlanan propan qaz balonları vətəndaşlara xəbərdarlıq olunaraq obyektdən çıxarılıb. “Məlumat üçün bildirim ki, belə balonların istifadəsi çoxmərtəbəli yaşayış binalarının altında yerləşən iaşə obyektlərində qanunla qadağan edilir. Bu hallara yol verən şəxslər barəsində isə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur. Həmçinin əgər yanğın və ya partlayış hadisələri baş verərsə, bu tələblər cinayət məsuliyyətinə gətirib çıxara bilir",- deyə Ə.Əlizadə vurğulayıb.

Seçilən
31
3
yeniazerbaycan.com

5Mənbələr