AZ

Kapitan 100-ü yarıladı

style='margin-bottom:10px;'>

"Neftçi"nin kapitanı Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

O, Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr