AZ

Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu

“Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yayımlanan video müraciətində bildirib. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib:

“Bir müddət meydanlardan kənarda qaldıqdan və uzun bərpa prosesindən sonra vacib bir qərar verdim – karyeramı bitirirəm. Təxminən bir il əvvəl aldığım diz zədəsi yenidən ən yüksək səviyyədə oynamağıma imkan vermir. Bununla barışmaq çətin idi. Futbol uşaqlıqdan həyatımın bir hissəsi olub, lakin artıq özümü əvvəlki kimi ona həsr edə bilmədiyimi anlayıram”.

Rafinya ailəsinə, azarkeşlərə və futbola təşəkkür edib, həyatında yeni mərhələnin başladığını vurğulayıb.

Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
6
qol.az

8Mənbələr