AZ

Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"

style='margin-bottom:10px;'>

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadənin QOL.az saytına müsahibəsi

- İlin son oyununda “Sabah”a uduzdunuz (1:3). Məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, məğlub olduq. İlin son görüşü idi. Doğma azarkeşlərimiz önündə oynayırdıq. Məqsədimiz onları sevindirmək idi. Təəssüf ki, istəyimizə çatmadıq. 

- İstədiyiniz nəticəni qazanmaq üçün nə çatmadı?

- Bir az əzmkarlıq çatmadı. Meydanda istədiklərimizi həyata keçirə bilmədik. Bu da yekunda uduzmağımıza gətirib çıxardı. 

- Problem hücumda idi, yoxsa müdafiədə?

- Məğlub olmuşuqsa, qapıdan hücuma kimi hamıda problem var. Qələbəni komanda şəklində qazandığımız kimi, uduzanda da komanda şəklində uduzuruq. 

- Baş məşqçi Saşa İliçin cəzalı olması, ehtiyat oyunçular skamyasında yer almaması çıxışınıza nə dərəcədə təsir göstərir?

- Hər hansı təsir göstərdiyini düşünmürəm. Köməkçi məşqçilər lazımi tapşırıqları verir. Onlar onsuz da bizə baş məşqçinin dediklərini çatdırırlar. 

- Mövsümün ilk hissəsini 27 xalla beşinci pillədə tamamlasanız da, üçüncü yerdən cəmi 1 xal geri qalırsınız. Geridə qalan 16 turu necə dəyərləndirirsiniz?

- Ümumi götürsək, vəziyyətimiz elə də pis deyil. Lakin daha da yaxşı ola bilərdi. İstər-istəməz bəzi oyunlarda yersiz xallar itirdik. Bu da turnir cədvəlində özünü göstərdi.   

- “Sumqayıt”ın potensialı mövsümün sonunda hədəfə çatmağa imkan verir?

- Yaxşı komandamız var. İstənilən nəticəni verə bilərik. Daha yuxarı pillələrə qalxmağımız da mümkündür. Təbii ki, yekunda nə olacağını zaman göstərəcək. Biz hər oyuna qələbə üçün çıxacağıq.  

- Komandanın kapitanı kimi “Sumqayıt” azarkeşlərinə nə demək istərdiniz?

- Tək “Sumqayıt” azarkeşləri yox, hər kəsi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. İnşallah, yeni il hamıya düşərli olar. Hər kəs yalnız xoş xəbərlər alar.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr