AZ

ABB İnvest dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində

Marja.az saytına istinadən ain.az xəbər verir.

(®) Azərbaycan Dəmir Yolları QSC-nin istiqrazlarının emissiyası üzrə abunə yazılışı artıq başlayıb. Yeni buraxılış investorlar üçün USD valyutasında sabit gəlir əldə etmək və ölkənin strateji nəqliyyat qurumlarından birinin maliyyələşdirilməsində  bilavasitə iştirak imkanı yaradır.

Bu emissiya kapital bazarlarında alətlərin çeşidinin genişləndirilməsi və investorlar üçün alternativ investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. ABB-İnvest İnvestisiya Şirkəti QSC ( ABB Invest) vasitəsilə investorlar  ADY istiqrazları üzrə sifarişlərini birbaşa ABB mobile tətbiqi üzərindən, tam rəqəmsal və rahat şəkildə yerləşdirə bilərlər.

ABB Invest-dən bildirilib ki, bu istiqrazlar investorlar üçün alternativ investisiya aləti kimi çıxış edərək portfelin diversifikasiyasına töhfə verir, eyni zamanda USD valyutasında uzunmüddətli sabit və gəlir planlaması imkanı yaradır.İstiqrazların əsas şərtləri:

• Valyuta: USD

• Nominal dəyər: 100 USD

• Kupon faizi: 7.0%

• Müddət: 5 il

• Faizlərin ödənişi: rüblük

• Ümumi buraxılış həcmi: 30 000 000 USD

• Təklif olunan istiqraz sayı: 300 000 ədəd

Abunə yazılışının son tarixi: 29.12.2025Sifarişin həcminə dair hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

İnvestorlar üçün üstünlüklər:

• USD valyutasında sabit və müntəzəm gəlir

• Dövlət şirkətinin qiymətli kağızlarına  investisiya imkanı

• İnvestisiya portfelinin diversifikasiyası

• Tam rəqəmsal investisiya prosesi

İstiqrazların  əldə edilməsi üçün ABB mobile tətbiqində “İnvestisiya” bölməsinə daxil olmaq kifayətdir.

Sifariş yerləşdirmək üçün: https://app.abb-bank.az/local_ipo_tab

050 268 33 99

www.abbinvest.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
marja.az

2Mənbələr