ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistandakı 3 illik fəaliyyətini yanvarın ortalarında başa vuracaq.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib və səfirin gedişindən sonra ABŞ-ın Ermənistana qarşı siyasətinin dəyişməyəcəyini vurğulayıb.
Kvin nazir-müşaviri diplomatik rütbəsinə malik ABŞ diplomatik korpusunun yüksək rütbəli üzvüdür. O, 2023-cü il fevralın 16-da İrəvana gəlib.
Xatırladaq ki, Tramp administrasiyası Bayden iqtidarı dövründə təyin olunmuş bir çox səfiri geri çağırmaq haaqında qərar qəbul edb.
Telegram kanalımız