ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Bu gün burada yalnız texnoloji inkişafları müzakirə etmirik, həm də uşaqların üstün faydalarını, insan ləyaqətini və ailəni mərkəzə alan ortaq məsuliyyəti müzakirə etmək üçün bir araya gəlmişik. Çünki rəqəmsal dünya uşaqlarımıza böyük imkanlar təqdim etdiyi qədər, qorunma təmin olunmadıqda ciddi risklər də yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Şimali Kipr Parlamenti rəqəmsal mühitdə uşaqların hüquqlarına dair xüsusi bir komitə yaradıb. Bu komitəyə universitet nümayəndələri, ictimai təşkilatlar və əsas tərəfdaşlar dəvət olunub və fəaliyyətə başlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.