Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 23 dekabr, AZƏRTAC
Məqsədimiz rəqəmsal dünya böyüyərkən uşaqların təhlükəsizliyini sürətlə təmin etmək və bunu ortaq standartlar əsasında səmərəli əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Bugünkü dövrdə internet və sosial medianın yanında süni intellekt və sistemlər də uşaqların həyatına birbaşa təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, rəqəmsal mühit uşaqlar üçün təhsil, ifadə və ünsiyyət imkanlarını genişləndirir. Eyni mühit kiberzorakılıq, şəxsi məlumatların icazəsiz istifadəsi, zorakılıq və istismar kimi uşaqları hədəf alan yeni riskləri də özündə ehtiva edir. Kimliyin gizlədilməsinin asanlığı, saxta hesablar, alqoritmlərin nəzarətsiz təsiri və dezinformasiyanın sürətlə yayılması da uşaqlar üçün əlavə təhlükə mənbəyidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.