ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycanda süni intellektin tətbiq edilmədiyi onlarla sahə var. Bunlardan ən başlıcası elektron xidmətlərin göstərilməsi, o cümlədən dövlət qurumlarının fəaliyyəti ilə bağlı istiqamətlərdir.
İqtisadçı Eldəniz Əmirov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, süni intellekt konkret olaraq risklərin qiymətləndirilməsi, nəzarət və monitorinq mexanizmi, dövlət satınalmaları və digər istiqamətlərdə tətbiq edilə bilər.
“Süni intellekt müştərilərin analiz olunması baxımından son dərəcə önəmlidir. Nəticə etibarı ilə şəffaflığa da müsbət təsir edir. Bundan başqa, özəl fəaliyyət sahələrində, o cümlədən biznes-sahibkarlıq subyektlərində süni intellektdən istifadə effektlidir. Müştərilərin davranışlarının analiz olunması baxımından da son dərəcə önəmlidir. Bu siyahıya, həmçinin logistik fəaliyyətin qiymətləndirilməsi, satışın analizi, anbar təsərrüfatının idarə olunması daxildir”, - deyə iqtisadçı vurğulayıb.
E.Əmirov əlavə edib ki, müasir dövrdə süni intellektdən sənayenin, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə, təhsil sektoru, kənd təsərrüfatında da istifadə edilməsi mümkündür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.