AZ

AHF rəsmisi: “Məqsədimiz beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəhbərliyi üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov IHF-in 40-cı Konqresində iştirakın Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
2
futbolpress.az

3Mənbələr