Artıq Yeni ilin gəlişinə bir neçə gün qalıb. 2026-cı ildə arzularının həyat keçməsini istəyənlər bayram günü bəzi rituallar edirlər. Hər bayramda olduğu kimi Yeni ildə də arzuların reallaşması üçün edilən müəyyən rituallar var. Bunlar əsasən simvolikdir və insanlara ümid, motivasiya, pozitiv başlanğıc hissi bəxş edir.
BAKU.WS xarici KİV-ə istinadən həmin arzu rituallarını təqdim edir:
Saat 12-də arzu tutmaq
Yeni il daxil olan anda (saat 12-ni vuranda) ürəkdən bir arzu tutulur. İnanca görə, arzu səmimi olarsa, gerçəkləşmə ehtimalı böyükdür.
Kağıza arzu yazmaq
Hər hansı bir arzu kiçik bir kağıza yazılır və yeni il başlayana qədər dəftər və ya kitabın arasında saxlanılr. Bu, məqsədi yadda saxlamaq və il boyu ona doğru çalışmaq üçün edilən ritualdır.
Şam ritualı
Şam yandırılıb bir neçə saniyə arzunu düşünmək lazımdır. Şam işığı "yeni başlanğıc" və ümid rəmzi sayılır.
Pəncərə qarşısında arzu tutmaq
Bəzi inanclara görə, yeni il gecəsi səmaya baxaraq arzu tutmaq onu "kainata göndərmək" mənasını daşıyır. Belə olan halda arzu gerçəkləşir.
Qırmızı libas geyinmək
Xüsusən qırmızı rəng uğur, enerji və sevinc rəmzi kimi qəbul edilir. Bu rəngdə geyim geyinmək müsbət il diləmək anlamı daşıyır.
Keçən ili "buraxmaq" ritualı
İnsanlar kağıza keçən ildə onları kədərləndirən şeyləri yazıb sonra kağızı yırtırlar. Bu, psixoloji olaraq yeni ilə daha yüngül başlamağa kömək edir.