AZ

"Ölkə rəhbərinin doğum günü yalnız bir şəxsin həyat tarixçəsi deyil" - Deputat

"Azərbaycan dövlətçilik fəlsəfəsində əsas prioritetlər güclü dövlət, rifahlı cəmiyyət və ləyaqətli vətəndaşdır. O, ölkədə sabitlik üzərində qurulan inkişaf modelini, milli maraqlara əsaslanan müstəqil siyasəti, güclü iqtisadiyyat və sosial ədalət prinsiplərini Azərbaycanın idarəçilik xəttinin əsas sütunları kimi qiymətləndirib. Bu model artıq bir çox dövlət üçün nümunədir".

Redaktor.az xəbər verir ki, bunu deputat Asif Əsgərov Milli Məclisdə müzakirələr zamanı dedi.

Deputat bildirib ki, ölkə rəhbərinin xidmətləri sırasında milli qürurun bərpası və tarixi zəfər xüsusi yer tutur.

"Ali Baş Komandan kimi göstərdiyi siyasi iradə sayəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib və tarixi ədaləti bərpa edib. Bu qələbə yalnız hərbi uğur deyil, həm də güclü liderlik, milli birlik və sarsılmaz dövlət iradəsinin təntənəsidir",- deyə o, qeyd edib.

Asif Əsgərov həmçinin azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərini ölkə rəhbərinin xidmətlərinin davamı kimi qiymətləndirib:

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı və yeni yaşayış məkanlarının salınması gələcəyin planlı və əmin addımlarla qurulduğunu göstərir".

Deputat vurğulayıb ki, İlham Əliyevin beynəlxalq sahədəki fəaliyyəti Azərbaycanın nüfuzunu artırır və onun xidmətləri ölkənin bu gününü formalaşdırmaqla yanaşı, sabahını da möhkəm təməl üzərində qurur:

"Prezident xalqın güvəndiyi lider, çətin anlarda milləti ətrafında birləşdirən və tarix yaradan şəxsiyyətdir. Ölkə rəhbərinin doğum günü yalnız bir şəxsin həyat tarixçəsi deyil, eyni zamanda dövlətçilik salnaməsində xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu gün Azərbaycan xalqı liderə hörmət və ehtiramını ifadə edir və ona möhkəm can sağlığı arzulayır",- deyə millət vəkili yekunlaşdırıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
78
redaktor.az

1Mənbələr