AZ

Pekindən Kiyevə xəbərdarlıq

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Çin hökuməti Ukraynaya müraciət edib. Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edilməsinin mümkünlüyü ilə bağlı açıqlamalarından sonra  Çinin Xarici İşlər Nazirliyi Kiyevi hərəkətlərini yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə nazirliyin sözçüsü Lin Tszyan məlumat verib.

Diplomat Pekinin BMT mandatı olmadan tətbiq edilən və beynəlxalq hüququ pozan birtərəfli sanksiyalara qarşı olduğunu vurğulayıb, Çinin öz  vətəndaşlarının və şirkətlərinin "qanuni hüquq və maraqlarını qəti şəkildə qoruyacağını" qeyd edib.

Lin Tszyan deyib: "Ukrayna tərəfinə buraxılmış səhvləri düzətlməyi qətiyyətlə tövsiyə edirik".

Ukrayna Prezidenti Rusiya hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə, o cümlədən bir sıra Çin vətəndaşlarına qarşı ilin sonuna qədər sanksiyalar tətbiq etməyi planlaşdırdığını bəyan edib.

Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
hurriyyet.az

2Mənbələr