“Bizə prezident Emmanuel Makronun Avropa müdafiəsi üzrə liderlik etməsi lazımdır. Fransadan başqa bunu kim edəcək?”,- Parisdə işləyən avropalı diplomat deyib.
Digər bir avropalı məmru Parisin London, Berlin, Roma və Varşava kimi digər paytaxtlarla birlikdə prosesə rəhbərlik etməyə hazır olduğunu söyləyib.
- Etibarlı lider təəssüratı yaratmaq üçün Fransa nüvə silahı daşıya bilən “Rafale” qırıcılarını Almaniya və ya Polşada yerləşdirməyi nəzərdən keçirə bilər. Bundan əlavə, Fransa qoşunları bölgəni tərk edən Amerika kontingentini əvəzləyə bilər”, - müdafiə siyasəti üzrə ekspert və “Sciences Po” universitetinin müəllimi Qiyom Laqan vurğulayıb.
![]() |
| The Economist: “Ümid var, sülh isə hələ ki, yoxdur” |
Eyni zamanda, Fransada siyasi qeyri-sabitlik və Ukraynada hərbi müdaxilənin dərinləşməsinə qarşı çıxan və NATO-ya şübhə ilə yanaşan “Milli Birlik” partiyasının artan populyarlığı müttəfiqlərin narahatlığına səbəb olur.
“Buna baxmayaraq, Paris artıq Rumıniyada çoxmillətli NATO batalyon qrupuna rəhbərlik edir. Həmçinin Estoniyadakı mövcudluğunu gücləndirmiş Fransa Avropanın müdafiəsində liderlik iddiasını bir daha təsdiqləmək üçün Şimali Avropada yeni hərbi yerləşdirmələri müzakirə edir”,- qəzet yazır.
Xatırladaq ki, 2020-ci ildən etibarən Makron Avropanı Fransanın nüvə çətiri altına salmaq təklifini irəli sürür. O, bu məsələ ilə bağlı son açıqlamasını 2025-ci ilin martında verib. Fransa liderinin sözlərinə görə, Rusiya Ukraynadakı müharibə fonunda“gələcək illərdə Fransa və Avropa üçün təhlükəyə çevrilib”.
Maraqlıdır ki, bununla belə, Emmanuel Makron iki gün əvvəl Avropanın Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpasının zəruri olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az
