AZ

Dollar zəifləyir, avro güclənir

“Vətəndaşlar bir valyutadan asılı olmamaq üçün portfellərini diversifikasiya edirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

 

Onun sözlərinə görə, son bir ildə avro dollar qarşısında əhəmiyyətli dərəcədə möhkəmlənib: “İlin əvvəlində məzənnə 1.03-1.05 aralığında idi, hazırda 1.17-1.18 səviyyəsinə çatıb. Bu tendensiya vətəndaşların vəsaitlərinin bir hissəsini avroda saxlamağa üstünlük verməsinə səbəb olur. Eyni zamanda, gələn il üçün də avronun bir qədər bahalaşacağı gözlənilir və bu gözləntilər əsasında müvafiq proqnozlar verilir. İnsanlar isə bu prosesdən qazanc əldə etməyə çalışırlar”.

 

X. Kərimli bankların, üzərində hansısa möhür olan və yaxud zədələnmiş əskinasları qəbul etməyib mərkəzi filiala yönləndirməsi, dollar üçün komissiya tutulması məsələsindən də bəhs edib: “Manatın sahibi Mərkəzi Bankdır. Amma dolların sahibi Mərkəzi Bank deyil. Kommersiya bankları da dolları alıb satırlar. Bank da həmin pulu kiməsə satmalıdır. Həmin zədəli dollarlar ABŞ-yə göndərilməlidir. Zədələnmiş, üstünə hansısa möhür yapışdırılan dollarlar Amerika Mərkəzi bankında dəyişilir. Bunun özünün də müəyyən xərcləri var. Uzunmüddətli və xərc tələb edən prosesdir. Bu səbəbdən də əlavə komissiya tutulur”.

 

Şəhanə Quliyeva

Tarix: 23 Dekabr 2025, 14:03   
Seçilən
32
pravda.az

1Mənbələr