AZ

Ağcabədidə qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Ötən gün Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.

Avtosfer.az-ın məlumatına görə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından (RMX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də, saat 14:45-də Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (ikisi kişi, biri qadın olmaqla) RMX-yə hospitalizasiya olunublar.

"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzaya düşən KIA markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsus olub, xəsarət alan Aynur Mahir qızı Həsənova isə şəhidin bacısıdır.

Seçilən
45
avtosfer.az

1Mənbələr