AZ

Deputat prezidenti təbrik ETDİ

"İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin tarixində adı qızıl hərflərlə yazılan liderlərdəndir. Onun rəhbərliyi ilə Azərbaycan güclü, müasir və hüquqi dövlət kimi mövqeyini daha da möhkəmləndirib".

Redaktor.az xəbər verir ki, bunu deputat Əminə Ağazadə Milli Məclisin plenar iclası zamanı dedi:

Deputatın sözlərinə görə, İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində dövlət idarəçiliyində sabitlik təmin olunmuş, ardıcıl islahatlar həyata keçirilmiş və milli maraqlara əsaslanan strateji inkişaf kursu formalaşdırılmışdır.

Əminə Ağazadə vurğulayıb ki, bu dövrdə qanunvericilik sistemi müasirləşdirilmiş, vətəndaşların hüquq və azadlıqlarının təminatı gücləndirilmiş, dövlət-vətəndaş münasibətlərində şəffaflıq və məsuliyyət prinsipləri ön plana çıxmışdır.

"Eyni zamanda, dövlət başçısının liderliyi ilə Azərbaycan öz suveren hüquqlarını tam şəkildə bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş və beynəlxalq hüququn fundamental prinsiplərini praktik müstəvidə təsdiqləmişdir. Bu yalnız hərbi və siyasi qələbə deyil, həm də hüquqi və mənəvi zəfər kimi qiymətləndirilir",- deyə deputat vurğulayıb.

Sonda o, prezidentə möhkəm can sağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da güclənməsi naminə həyata keçirdiyi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
50
redaktor.az

1Mənbələr