AZ

Müğənnilərin Yeni il qiymətləri: 15 min manata qədər artır - SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq.

 

Tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5–6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

 

Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

 

Araşdırma nəticəsində məlum olub ki,  Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

 

Aygün Kazımova -15 000 manat

Tünzalə Ağayeva - 7 000 manat

Zamiq Hüseynov - 5 000 manat

Şəbnəm Tovuzlu - 5 000 manat

Rəqsanə İsmayılova - 4 000 manat

Aysun İsmayılova - 3 500 manat

Vəfa Şərifova - 3 500 manat

Almaxanım - 2 500 manat

Elza Seyidcahan - 2 000 manat

Kəmalə Günəşli - 2 000 manat

 

Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

 

Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.

 

Sfera.az

Tarix: 23 Dekabr 2025, 14:37   
Seçilən
15
11
pravda.az

10Mənbələr