AZ

Norveç təxliyə planı HAZIRLAYIR

Ajans.az xəbər verir ki,bu barədə Norveç Mülki Müdafiə İdarəsinin (DSB) rəhbəri Elizabet Orsæther məlumat verib. Onun sözlərinə görə, DSB bu istiqamətdə Silahlı Qüvvələr və polis orqanları ilə sıx əməkdaşlıq edir. Hazırda potensial risk altında olan ərazilər müəyyənləşdirilir. Orsæther VG nəşrinə bildirib ki, bu ərazilərə Rusiyaya coğrafi baxımdan yaxın bölgələr, eləcə də hərbi obyektlərin yerləşdiyi zonalar daxildir. Məlumata görə, hərbi və mülki təxliyə planlarının müzakirəsi ilə bağlı görüşlər artıq ölkənin şimalında yerləşən Finnmark bölgəsində keçirilib. Tromsö və Sör-Varanger bələdiyyələrinin rəhbərliyi də bu cür tədbirlərin vacibliyini vurğulayıb. Norveç tərəfi planların hazırlanmasında Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan dərsləri nəzərə alır. Xüsusilə enerji infrastrukturu, o cümlədən elektrik şəbəkələrinə hücum riskinin yüksək olduğu qeyd edilir. Orsæther bildirib ki, Rusiyanın Ukraynada mülki obyektlərə də zərbələr endirməsini nəzərə alaraq, Norveçdə hansı hədəflərin risk altında ola biləcəyini daha geniş şəkildə qiymətləndirmək zəruridir. Hakimiyyət orqanları həmçinin Rusiyanın işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa əməl etməməsinə diqqət çəkir. Bardu bələdiyyəsinin meri Toralf Heymdalın sözlərinə görə, mülki əhaliyə qarşı nümayiş etdirilən qəddarlıq son dərəcə ağırdır və Norveç bir nəfər vətəndaşının belə potensial işğal zonasının o tayında qalmasına yol verə bilməz. DSB paralel olaraq hansı bələdiyyələrin köçürülmə zonası kimi istifadə oluna biləcəyini müəyyənləşdirir, onların səhiyyə, mənzil və təhsil imkanlarını qiymətləndirir. Bildirilir ki, evakuasiya planlarının hazırlanması və yenilənməsi 2026-cı ildə Norveç hakimiyyətinin əsas prioritetlərindən biri olacaq. Sör-Varanger bələdiyyəsinin meri Maqnus Mæland isə qeyd edib ki, hazırda ümumilikdə hazırlıq tədbirlərinə ehtiyac çox böyükdür və dəyişən qlobal təhlükəsizlik şəraitini bütün Norveç cəmiyyəti nəzərə almalıdır.

 

Seçilən
49
Ajans.az

1Mənbələr