Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə görülən minatəmizləmə işləri açıqlanıb.
Bu barədə ANAMA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, qeyd edilən istiqamətlərdə bir sıra minatəmizləmə layihələri həyata keçirilib. Onlardan Horadiz-Ağbənd avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu, Füzuli-Zəngilan avtomobil yolu, Zəngilan rayonunun Ağbənd kəndinin yenidən qurulması, "Mincivan - Ağbənd" qaz tənzimləyici məntəqənin və qaz kəmərinin xətti hissəsinin tikintisi ilə bağlı ərazinin təmizlənməsi və sair kimi layihələr icra edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.