AZ

Yəməndə müxalif hökumətlər əsir mübadiləsi barədə razılığa gəlib

Yəməndə Husilər və beynəlxalq ictimaiyyət tərəfindən rəsmi olaraq tanınan hökumət arasında əsir mübadiləsi ilə bağlı razılaşma əldə olunub.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, əsir mübadiləsi təxminən 3000 nəfəri əhatə edəcək.

Məlumata görə, Husi əsirlərdən 1700, hökumət əsirlərindən isə 1200 nəfər azad edilərək qarşı tərəfə təhvil veriləcək.

Qeyd edək ki, Husilərin başçılıq etdiyi hökumət Sənada, BMT tərəfindən tanınam hökumət isə Aden şəhərində yerləşir.

Seçilən
20
1
apa.az

2Mənbələr