Bakı, 23 dekabr, AZƏRTAC
Kişilərdən ibarət Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov “Xilasedici”dən ayrılıb.
Bu barədə AZƏRTAC-a oyunçunun özü məlumat verib.
O, Rumıniya, Argentina, Qətər və daha iki ərəb ölkəsinin komandası ilə danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Andrey Melnikov bu ilin yayında “Xilasedici”yə keçmişdi.