GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Cəlilabad rayonunun Albalan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza zamanı “VAZ 2107” markalı avtomobildə olan iki nəfərdən biri ağır xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Chevrolet Niva” markalı avtomobil Cəlilabad rayonunun Saatlı kənd sakini, bölgədə tanınmış xanəndə Füzuli Salmanova məxsusdur. Avtomobildə onun ailə üzvləri və azyaşlı övladının da olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.