AZ

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı TOYU TƏXİRƏ SALINDI FOTO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Argentinalı futbol ulduzu Lionel Messinin bacısı Mariya Sol Messi ABŞ-ın Mayami şəhərində baş verən yol-nəqliyyat hadisəsində ciddi xəsarətlər alıb.Bizim.Media xəbər verir ki, Mariya Sol idarəetməni itirərək avtomobili divara çırpıb. Qəza nəticəsində onun onurğa sütununda sınıqlar, daban və bilək nahiyəsində xəsarətlər aşkar edilib.Həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər.Hadisə səbəbindən Mariya Sol Messinin 3 yanvar 2026-cı ildə Argentinanın Rosario şəhərində keçirilməsi planlaşdırılan toy mərasimi təxirə salınıb.Hazırda yaralının müalicəsi davam edir, vəziyyətinin stabil olduğu bildirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
2
bizim.media

3Mənbələr