AZ

Beşiktaş ın yetirməsi İtaliyada ilk qolunu vurdu

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Bu yay icarə əsasında ''Beşiktaş''dan ''Kalyari''yə yollanan və yeni mühitə adaptasiyası heç də asan keçməyən Semih Kılıçsoy İtaliyada nəhayət, ilk qolunu vurub. "Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin öz yetirməsi olan bu futbolçu bazar günü ''Kalyari''nin evdə ''Piza''ya qarşı keçirdiyi matçda (2:2) fərqlənərək A seriyasında qol hesabını açıb. 20 yaşlı vinger matçın ardından türkiyəli həmkarlarımıza açıqlamalar verərək təəssüratları ilə bölüşüb:

''Burda oynanılan futbol Türkiyədəkindən çox fərqlidi. Həm məşqlərdə, həm də şans qazandığım oyunlarda əlimdən gələni etməyə çalışıram. Fikrimcə, bura gəldikdən bu yana müəyyən inkişafa nail olmuşam. ''Piza''ya qarşı son matçda ilk dəfə start heyətində meydana çıxdım. Düzdü, bir qədər həyəcanlı idim. Amma fiziki və psixoloji cəhətdən buna hazır idim. Bu anın gələcəyini bilirdim. Meydanda özümü yaxşı və inamlı hiss edirdim. Həm fanatlardan, həm də komanda yoldaşlarımdan dəstək görürəm. Komandada ailə ab-havası var. Hər kəs bir-biri ilə qardaş kimi davranır. İtaliya futbolu ilə Türkiyə futbolu arasındakı əsas fərq odu ki, burda boş zona yaxalamaq çox çətindi. İlk vaxtlar bu məqam mənə çətinlik yaradırdı. Amma tədricən uyğunlaşdım. Oyun praktikası qazandıqca oyunum güclənməyə başladı. İtalyan dilində öyrənməyə çalışıram. Hələlik komanda yoldaşlarımla ingilis dilində ünsiyyət qururam. Vurduğum qolda top tora daxil olarkən çıxan səs, eləcə də fanatların çılğın sevinci təkrarolunmaz anlardı. Həmin qolu dəfələrlə izləyəcəm''.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr