AZ

Bu rayonlarda yaşayan əlilliyi olan şəxslər reabilitasiya mərkəzinə avtobusla pulsuz daşınır

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə bu il yeni "RehaBus" nəqliyyat xətti istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin Xidmətin təşkili şöbəsinin baş mütəxəssisi Aygün Abdullayeva deyib.

O, bildirib ki, bu xidmət çərçivəsində nümunə olaraq, Gəncə və Şəmkir regionlarında yaşayan və habelə bu regionalara yaxın ərazilərdə yaşayan, nəqliyyat problemləri, əlilliyi olan şəxslər müəyyən edilib müvafiq dayanacaqlardan götürülərək, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır.

"Reabilitasiya Xidmətlərinin icrası müddətində avtobus mərkəzdə gözləyir və xidmətlər başa çatdıqdan sonra, vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Ümumilikdə isə iki istiqamət üzrə "RehaBus" xətti fəaliyyət göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
baku.ws

2Mənbələr