AZ

5 peyk MƏHV OLDU: “Innospace” şirkətinin raketi QƏZAYA UĞRADI – VİDEO

Cənubi Koreyanın ilk kommersiya raketi qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Braziliyadan buraxılan “Hanbit-Nano” kursdan yayınıb, 5 peyk orbitə çıxarıla bilməyib.

Məlumata görə, Cənubi Koreyanın “Innospace” şirkətinə məxsus “Hanbit-Nano” daşıyıcı raketinin ilk kommersiya uçuşu uğursuzluqla nəticələnib.

Braziliyadakı Alkantara kosmodromundan həyata keçirilən start zamanı raket havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Bildirilir ki, əvvəlcə hər şey plana uyğun getsə də, hündürlük yığma mərhələsində raket kursdan yayınıb və nəticədə yerə düşüb.

Xoşbəxtlikdən, ərazidə heç bir dağıntı və insan tələfatı qeydə alınmayıb.

Şirkətdən verilən açıqlamaya görə, qəzaya səbəb uçuş zamanı aşkar edilən anomaliya olub.

Qeyd edək ki, bundan əvvəl raketin buraxılışı soyutma sistemindəki nasazlıqlar və yerüstü elektrik təchizatı ilə bağlı problemlər səbəbindən bir neçə dəfə təxirə salınmışdı.

Planlaşdırılırdı ki, “Hanbit-Nano” Braziliya və Hindistandan olan sifarişçilər üçün 5 peyki aşağı Yer orbitinə çıxaracaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
72
interpress.az

1Mənbələr