AZ

Milli QHT Forumu QHT-lərə institusional risklərin qiymətləndirilməsində konsultasiya verir

Ədliyyə Nazirliyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri qiymətləndirmə nəticələrinin təqdim edilməsi ilə əlaqədar QHT-lərə müvafiq məktub göndərib.

QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumu bu sənədin təqdim edilməsi ilə əlaqədar məsələləri, sənəd nümunəsini müvafiq dövlət orqanları ilə müzakirə edib və müvafiq sənəd forması hazırlayıb. Bu barədə QHT.az-da açıqlama verən AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib. Onun sözlərinə görə, bu sənədin hazırlanması və Ədliyyə Nazirliyinə verilməsi ilə bağlı Azərbaycan Milli QHT Forumu İdarə Heyəti üzvləri və əməkdaşları QHT-lərə konsultasiya verib. Həmçinin, sənəf forması Azərbaycan Milli QHT Forumunun saytında yerləşdirib. Ümumilikdə, son bir ayda 50 QHT-yə konsultasiya verilib. Müraciətlər sosial şəbəkələr üzərindən də qəbul edilib. Z.İbrahimli bildirib ki, QHT-lər bu məsələdə məsuliyyətli və intizamlı davranırlar, artıq bu sahədə QHT sektorunda təcrübə formalaşır, eyni zamanda Ədliyyə Nazirliyi zəruri dəstək verir. Həmçinin, AMQF konsultasiya verməkdə davam edəcək.

Seçilən
31
qht.az

1Mənbələr