AZ

Türkiyə Qara dənizdə vacib addım atacaq – Detallar

Türkiyə Qara dənizdə gəmilərə qarşı son hücumları tərəfdaşları ilə müzakirə edib, zəruri xəbərdarlıqları ünvanlayıb və gəmiçiliyin təhlükəsizliyinə nəzarət sistemini gücləndirməyə qərarlıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NTV kanalına açıqlamasında ölkənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

“Oyunun qaydaları dəyişir – artıq döyüşlərdə dronlar, pilotsuz qurğular, heyətsiz katerlərdən istifadə olunur.

Son hücumlar kontekstində dörd gəmidən, o cümlədən Odessa limanındakı birindən söhbət gedir. Biz bu məsələni Daxili İşlər Nazirliyi və beynəlxalq tərəfdaşlarımızla müzakirə etdik, onlara müvafiq xəbərdarlıqlar etdik. Türkiyə olaraq biz yalnız öz sularımızda deyil, bütün dəniz məkanlarında da ölkəmizin hüquq və maraqlarını qoruyuruq”, – deyə nazir vurğulayıb.

Seçilən
56
nocomment.az

1Mənbələr