Yol verilən intizam pozuntularına görə 1 vəkil Azərbaycan Vəkillər Kollegiyasından xaric edilib. Qərar Kollegiyanın Rəyasət Heyətinin iclasında qəbul olunub.
Eyni iclasda 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkil isə cərimələnib.