AZ

Dövlət Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olundu

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Məlumata görə, Daxili audit baş idarəsinin rəisi vəzifəsinə Zeynalabdin Məmmədzadə, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi vəzifəsinə isə Fərid İsayev təyin edilib.

Qeyd edək ki, ötən ay DVX-nin strukturunda üç yeni idarə -  Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi yaradılıb. Bundan əlavə, İnformasiya təhlükəsizliyi şöbəsi də idarəyə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
qaynarinfo.az

3Mənbələr