ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu gün Bakı Konqres Mərkəzində MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq keçirilib.
Bizimyol.info xəbər verir ki, MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq tədbiri keçirilib. Yığıncaqda çıxış edən Türkiyə Cümhuriyyətinin Ticarət naziri Prof. Dr. Ömer Bolat Türkiyə və Azərbaycanın iqtisadi-ticarət əlaqələrində hər iki ölkənin qarşılıqlı investisiyalarının əhəmiyyət daşıdığını bildirib.
"Zəngəzur dəhlizinin tamamlanması ilə Türkiyədən Orta Asiya - Türk dünyasına və Uzaq Şərqə çoxdan gözlənilən, fasiləsiz quru yolu bağlantısı qurulacaq. Bunlar bir vaxtlar xəyallar idi, Allaha şükür ki, bu xəyallar gerçəkləşdi. Biz Türkiyə olaraq həmişə Azərbaycanın problemlərini həll etməyə açığıq. Və dəyərli Azərbaycanlı dostlarımız və hörmətli köməkçilərimizlə bunu davam etdirəcəyik"-deyə Türkiyə Cümhuriyyətinin Ticarət naziri Prof. Dr. Ömer Bolat qeyd edib.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildən etibarən sahibkarları bir araya gətirən, qlobal təsirə malik beynəlxalq təşkilatdır. Dünyanın 84 ölkəsində fəaliyyət göstərən 177 şöbəsi, 70 mindən çox şirkəti və 3 milyondan artıq işçi qüvvəsi ilə iqtisadi inkişafın və sahibkarlığın gücləndirilməsi istiqamətində çalışır. Təşkilat yalnız biznesin inkişafını dəstəkləmir, eyni zamanda sosial məsuliyyət, təhsil təşəbbüsləri, qardaşlıq və əməkdaşlıq layihələri həyata keçirir. Azərbaycanda MÜSİAD Azərbaycan şöbəsi 2017-ci ildən fəaliyyət göstərir, qardaş Türkiyə ilə əlaqələri gücləndirərək, sahibkarlar arasında istiqamətləndirici körpü rolunu oynayır.
Orxan Musabəyli, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.