AZ

Fövqəladə vəziyyət elan edildi Bu ÖLKƏDƏ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kolumbiya hakimiyyəti ölkədə iqtisadi fövqəladə vəziyyət elan edib. Bu barədə müvafiq fərman dərc olunub.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Sənəddə bildirilir ki, Konqresin maliyyələşmə ilə bağlı qanun layihəsini qəbul etməməsindən sonra respublikanın bütün ərazisində 30 təqvim günü müddətinə iqtisadi sahədə fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Qeyd edək ki, Kolumbiya prezidenti Qustavo Petronun rəhbərlik etdiyi Nazirlər Kabineti dövlət büdcəsi xərclərinin qarşılanması üçün əlavə olaraq 2,5-3 milyard dollar vəsaitin toplanmasını nəzərdə tutan vergi islahatı təşəbbüsü ilə çıxış etmişdi. Lakin Senat bu islahatı rədd edib.

“Emergencia económica” adlanan iqtisadi fövqəladə vəziyyət rejimi prezidentə parlamentin razılığı olmadan fərmanlar imzalamaq səlahiyyəti verir. Bu rejim 30 gün müddətinə qüvvədə olur və zərurət yaranarsa, il ərzində ümumilikdə 90 günədək uzadıla bilər. Sözügedən mexanizmdən sonuncu dəfə koronavirus pandemiyası dövründə istifadə olunub.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
1
redaktor.az

2Mənbələr