ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, hadisə dekabrın 11-də məktəbdə keçirilən Milad bayramı şənliyində baş tutub. Belə ki, tədbirdə səhvən ölkənin "Deutschlandlied" adlı himninin 1945-ci ildən, yəni Hitler Almaniyası devriləndən bəri ifası məqsədəuyğun sayılmayan ilk bəndi səslənib. Bu xətaya görə məsuliyyəti polkovnik Andreas Şnebelt öz üzərinə götürüb. Almaniya himni "Deutschlandlied"in musiqisi 1797-ci ildə bəstəkar Yozef Haydn, sözləri isə 1841-ci ildə şair Ogüst Fallersleben tərəfindən yazılıb. Üç bənddən ibarət əsər 1922-ci ildən bəri ölkənin rəsmi himnidir. Himnin ilk bəndində qatı millətçilik ifadələri vurğulandığı, habelə nasist Almaniyası dövründə yalnız həmin misralar rəsmi himn sayıldığı üçün hazırda Berlin bu bəndin oxunmasını qeyri-məqbul sayır.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.