AZ

Taxıl Azərbaycan üzərindən Ermənistana çatdırılacaq - İlk dəfə

İlk dəfə olaraq Volqoqrad vilayətindən Azərbaycan üzərindən keçməklə Ermənistana yük qatarı ilə bir partiya taxıl göndərilib.

Azreform.info xəbər verir ki, “Privoljski” Dəmir Yolunun mətbuat xidmətinin “voljkiy.ru” saytına verdiyi məlumata görə, buğda vaqonları Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından yola salınıb. Yük Azərbaycan vasitəsilə İrəvan stansiyasına çatdırılacaq. İlk yük partiyası səkkiz taxıl vaqonundan ibarətdir. İlin sonunadək Ermənistana ümumilikdə 2000 tondan çox buğda 30 taxıl vaqonu vasitəsi ilə göndərilməsi planlaşdırılır.

Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasının bərpası qərarından sonra yeni logistika xidmət istifadəyə verilib. Yükün göndərilməsi 1990-cı illərdən bəri ilk dəfədir ki, belə dəmir yolu nəqliyyatı vasitəsi ilə mümkün olub.

Seçilən
34
1
azreform.info

2Mənbələr