AZ

Bayram günlərində qida zəhərlənməsi riskləri artır mütəxəssis xəbərdarlıq edir

Operativmedia saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bayram günləri, ad günü məclisləri, toylar və digər kütləvi tədbirlər süfrələrin bol və çeşidli olması ilə seçilir. Lakin təəssüf ki, məhz bu dövrlərdə qida zəhərlənməsi hallarında da artım müşahidə olunur. Bayram əhval-ruhiyyəsi fonunda insanlar bəzən vacib qida təhlükəsizliyi qaydalarını unudurlar".

Bu barədə Operativ Media-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, qida zəhərlənmələrinin ən çox rast gəlinən səbəblərindən biri yeməklərin düzgün saxlanmamasıdır:

“Bayram üçün əvvəlcədən çox miqdarda yemək hazırlanır və bu yeməklər uzun müddət otaq temperaturunda saxlanılır. Xüsusilə ət, toyuq, balıq, mayonezli salatlar və süd məhsulları yüksək risk qrupuna daxildir. Bu cür məhsullar isti mühitdə qaldıqda bakteriyalar sürətlə çoxalır. Maraqlıdır ki, bu bakteriyalar yeməyin dadında və qoxusunda hiss olunmaya bilər, lakin ciddi zəhərlənmələrə səbəb ola bilir”.

A. Vəliyev qeyd edib ki, soyuducuların normadan artıq doldurulması da ciddi risk yaradır:

“Bayram günlərində soyuducuya həddindən artıq yemək yerləşdirilir. Bu zaman soyuducu daxilində hava dövranı pozulur və məhsullar lazımi temperaturda saxlanmır. Nəticədə qidalar daha tez xarab olur. Xüsusilə bişmiş yeməklərin üzəri açıq şəkildə soyuducuya qoyulması riski daha da artırır”.

Mütəxəssis gigiyena qaydalarına əməl edilməməsini də əsas təhlükə mənbələrindən biri kimi göstərib:

“Yemək hazırlanarkən əllərin kifayət qədər yuyulmaması, çiy ət üçün istifadə edilən bıçaq və doğrama lövhəsinin yuyulmadan digər məhsullar üçün işlədilməsi bakteriyaların yayılmasına səbəb olur. Bu cür çarpaz çirklənmə gözlə görünməsə də, sağlamlıq üçün ciddi təhlükə yaradır”.

Onun sözlərinə görə, bayram süfrələrində tez-tez rast gəlinən evdə hazırlanmış konservlər, turşular və uzun müddət saxlanılan məhsullar da risk daşıyır:

“Bu məhsullar düzgün hazırlanmadıqda və saxlanmadıqda təhlükəli mikroorqanizmlərin yaranmasına şərait yaradır. Xüsusilə qapağı şişmiş bankalar və qoxusu dəyişmiş məhsullar qətiyyən istifadə olunmamalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
operativmedia.az

1Mənbələr