AZ

Rusiyada DƏHŞƏT:Ana körpəsini ac qoyaraq ÖLDÜRÜB

Ajans.az yerlimediaya istinadən xəbər verir ki, bir qadın beş aylıq körpəsinin uzunmüddətli aclıq nəticəsində ölümünə səbəb olub. Müstəntiqlərin bildirdiyinə görə, qadın Beqiçev küçəsində yerləşən mənzildə 15, 2 və 1 yaşlı üç qızı, eləcə də beş aylıq oğlu ilə birlikdə yaşayırmış. Məlumata əsasən, o, yeni tanış olduğu bir şəxsin yanına gedərək dörd azyaşlı övladını evdə tək, həm nəzarətsiz, həm də qidasız qoyub. Uşaqların uzun müddət aclıq şəraitində qalması nəticəsində beş aylıq körpə dekabrın 17-də həyatını itirib. Hadisə ilə bağlı qadın saxlanılıb və barəsində cinayət işi açılıb.

Hazırda iki ən kiçik uşaq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Böyük yaşlı qız isə uşaqlar üçün sosial sığınacağa verilib. İstintaq davam edir.

Seçilən
43
Ajans.az

1Mənbələr