ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, “Roma” hücumçunun icarəsi üçün “qırmızı şeytanlar”la danışıqlar aparır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Zirkzeenin icarə müqaviləsində mövsümün sonunda 40 milyon avroluq satınalma bəndi də olacaq.
Niderlandlı hücumçu bu mövsüm “Mançester Yunayted”lə 11 oyunda 1 qol vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.