AZ

İnfarkt keçirən insana belə kömək edə BİLƏRSİNİZ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“SM-Klinika” tibbi mərkəzlər şəbəkəsinin kardioloqu Polina Şeluxa xəbərdarlıq edib ki, əgər infarkt zamanı vaxtında yardım göstərilməzsə, ağır fəsadlar və ölüm riski kəskin artır. 

Redaktor.az xəbər verir ki, mütəxəssisin sözlərini lenta.ru yayımlayıb.

Həkim bildirib ki, infarkt simptomları ortaya çıxan kimi ilk növbədə təcili yardım çağırılmalıdır. Daha sonra xəstəni üfüqi vəziyyətə qoymaq və üst hissəsini bir az qaldırmaq lazımdır.

Şeluxa əlavə edib ki, xəstənin boyun və bədənini sıxan geyimləri çıxarmaq vacibdir: qalstuk, kəmər və düymələri açmaq lazımdır. Bundan sonra mütləq olaraq təmiz havanın təmin edilməsi zəruridir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
2
redaktor.az

3Mənbələr