AZ

İlham Əliyev: "Böyük Qayıdış" bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır

"Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində sakinlərlə görüşündə deyib.

Dövlət başçısı sakinləri doğma torpağa 34 ildən sonra qayıdışı münasibətilə təbrik edərək qeyd edib:

"Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni "Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün".

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı:

Seçilən
51
26
aznews.az

10Mənbələr