AZ

Daha bir serial efirdən yığışdırıldı: 13 cü bölümlə final edir

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ben Leman" serialının yayımının dayandırıldığı açıqlanıb. Serial gələn şənbə günü yayımlanacaq 13-cü bölümlə izləyicilərlə vidalaşacaq. Son həftələr kanalda ardıcıl final qərarlarının verilməsi diqqət çəkir. Xatırladaq ki, daha əvvəl Özge Özpirinççi və Salih Bademçinin rol aldığı "Sakıncalı" serialı da ləğv edilmişdi.

BAKU.WS xəbər verir ki, Burçin Terzioğlu, Özgür Çevik, Selin Şekerci və digər aktyorların rol aldığı "Ben Leman"ın çəkiliş heyəti istehsal şirkətindən qərar gözlədiyi bir vaxtda final xəbəri ilə üzləşib.

Serialların ardıcıl olaraq dayandırılmasına aktrisa Nihal Yalçın da reaksiya verib. O, sosial şəbəkədə paylaşım edərək televiziya sənayesindəki "amansız qərarların" müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
4
baku.ws

5Mənbələr