AZ

Sözü və əməli bir olan Lider

Vüsal Hüsenov

YAP Xocavənd rayon təşkilatının sədri

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu tarixi Qələbə Azərbaycanın dünya birliyindəki mövqeyini daha da artırdı.

2024-cü ilin fevralında keçirilən prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyevin mütləq qələbəsi, onun siyasi fəaliyyəti, həyata keçirdiyi islahatlar və ölkənin inkişafı üçün atdığı addımlarla əlaqəlidir. Prezidentin siyasi irsinin, iqtisadiyyatda əldə olunan nailiyyətlərin və beynəlxalq aləmdə qazandığı nüfuzun, seçki prosesində müsbət təsir göstərib. Prezident İlham Əliyev bu ilin 14 fevralında Milli Məclisdə andiçmə mərasimində deyib ki, bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir: “Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Əgər seçki kampaniyası dövründə bu müsbət göstəricilər davam etmişdir. Buna görə də cənab İlham Əliyev seçkilərdə qalib gəlmişdir. Bu, həm də ölkənin davamlı inkişafını, siyasi sabitliyi və strateji tərəfdaşlıqları gücləndirmək baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin sözü və əməli arasında bir əlaqə var. O, öz çıxışlarında və siyasətində davamlı olaraq ölkənin inkişafı, iqtisadiyyatın gücləndirilməsi və sosial məsələlərin həlli ilə bağlı fikirlərini ifadə edir. Bu prinsiplər onun rəhbərliyi altında həyata keçirilən siyasətdə özünü göstərir. 22 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Hər bir liderin sözü və əməlinin birliyi, cəmiyyətin etimadını artırmaqda mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindəki qələbə Prezident İlham Əliyevin xalq arasında inamını və gücünü ciddi şəkildə artırdı. Bu müharibə, Azərbaycanın müstəqil siyasət yürütmə qabiliyyətini və ordunun gücünü nümayiş etdirdi. Prezidentin liderliyi altında qazanılan bu tarixi uğur, həmçinin ölkədə milli birliyi gücləndirdi və xalqın ona olan etimadını artırdı. Bu qələbə, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada daha möhkəm yer tutmasına da kömək etdi.

Seçilən
66
yeniazerbaycan.com

1Mənbələr