AZ

Polşa Belarus sərhədində dronlara qarşı müdafiə sistemi quraşdırılıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşa–Belarus sərhədində dronlara qarşı müdafiə sisteminin ilk elementləri quraşdırılıb.

APA xəbər verir ki, bu barədə Polşanın “RMF24” radiosu məlumat yayıb.

Polşanın daxili işlər və administrasiya Naziri Marçin Kervinski bildirib ki, dronlara qarşı müdafiə sisteminin ilk elementləri Krynki şəhəri yaxınlığında yerləşən müşahidə qülləsində quraşdırılıb.

Hündürlüyü 70 metrdən artıq olan baxış qülləsində radar yerləşdirilib. Bu, artıq inşa edilmiş daha dörd qüllədə qurulacaq radiolokasiya sisteminin ilk elementidir.

Nazirin sözlərinə görə, radarlar yanvar ayında işə salınacaq. İlkin mərhələdə sistem şərq istiqamətindən yaxınlaşan obyektləri aşkar edəcək, onların yerini müəyyənləşdirəcək və izləyəcək. Eyni zamanda, bu yeni sistem pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək imkanına da malik olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
3
apa.az

5Mənbələr