AZ

Messinin bacısı qəzada xəsarət aldı - Toyu təxirə DÜŞDÜ

Dünya Kubokunun qalibi olan Argentina milli komandasının 38 yaşlı kapitanı, "İnter Mayami" klubunun hücumçusu Lionel Messinin ailəsi bədbəxt qəza ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Futbolçunun kiçik bacısı avtomobil qəzasına düşüb.

Bildirilir ki, Mariya Mol Messi maşın sürərkən səhhəti pisləşib, nəticədə qız idarəetməni itirərək divara çırpılıb. Qəza nəticəsində Messinin bacısı iki qabırğasını sındırıb, biləyini zədələyib və bir sıra digər xəsarətlər alıb. 

Mariya Sol Messi zədə səbəbindən "İnter Mayami"nin 19 yaşadək futbolçulardan ibarət komandasının məşqçisi Julian Arellano ilə toyunu təxirə salıb. Cütlüyün toyu yanvarın 3-nə planlaşdırılırdı.

Seçilən
24
1
redaktor.az

2Mənbələr