“Lu-Mun Holding”ə daxil olan broyler istehsalçısı “Azerbaijan Poultry Company” MMC-nin (“Mərcan”) direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Kənan Məmmədli Xanoğlan oğlu şirkətin direktoru təyin edilib. Kənan Məmmədli cari ilin yayında həm də paralel olaraq holdinqin rəhbəridir.
Şirkətə 2021-ci ildən bu günə qədər Pərviz Hacıyev Yaqub oğlu rəhbərlik edib.
Xatrıladaq ki, şirkət 2012-ci ildə “Ucar Aqro” MMC kimi təsis edilsə də, 2016-cı ildən “Garant Agro” MMC, “Azerbaijan Poultry Company” MMC adlandırılıb. Hazırda 74.46 mln. manat nizamnamə kapitalı var. Şirkət Azərbaycanda “Mərcan” brendi altında toyuqlar istehsal edir.